“Mançester Siti” klubu cari mövsüm treblə imza atıb

İngiltərənin “Mançester Siti” klubu UEFA Çempionlar Liqasının 2022-2023-cü il mövsümünün qalibi olub. Mançester təmsilçisi İtaliyanın “İnter" klubunu 1:0 hesabı ilə məğlub edib. Beləliklə, “Mançester Siti” cari mövsüm treblə imza atıb. SİA xəbər verir ki, “Mançester Siti” cari mövsüm ölkə çempionatının və İngiltərə kuboku yarışlarının qalibi olub.

Müxtəlif üç yarışda qələbə Yok Ştayn (“Seltik”), Stefan Kovaç (“Ayaks”), Qus Hiddink (PSV), Aleks Ferqyuson (“Mançester Yunayted”), Joze Mourinyo (“İnter”), Yupp Haynkes (“Bavariya”), Luis Enrike (Barselona) və Hans Diter Flikə (“Bavariya”) nəsib olub.

Bütün xəbərlər Facebook səhifəmizdə