"Əziz Şuşa" beynəlxalq velosiped yarışının III mərhələsinə start verilib - YENİLƏNİR

Bu gün 7 iyun tarixində start verilən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi (GİN) və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Əziz Şuşa” beynəlxalq velosiped yarışının III mərhələsi keçirilir. SİA xəbər verir ki, III mərhələyə Qəbələ Rayon İcra Hakimiyyətinin qarşısından start verilib. İdmançılar Qəbələ-Ağdaş-Mingəçevir-Gəncə marşrutu üzrə 170 km dövrə vurduqdan sonra qaliblərin mükafatlandırma mərasimi keçiriləcək. Daha sonra isə yarışın III mərhələsinin yekununa həsr olunmuş mətbuat konfransı baş tutacaq.
Xatırladaq ki, elit yaş kateqoriyasında kişilərin mübarizə apardığı veloturun ikinci mərhələsinin qalibi Niderlandın "Universe Cycling Team" klubunun üzvü Luk Şurmans (04:06:52) olub. Bolqarıstan milli komandasının üzvü Nikolay Genov (04:06:52) ikinci, Çinin "China Glory Continental" klubunun velosipedçisi Julien Trarieux (04:06:52) üçüncü yerə layiq görülüblər.

Azərbaycan millisinin üzvlərindən Kamran Mirzəxanov böyük əzmkarlıq göstərərək pelotondan ayrılmağı bacarıb və finiş xəttini lider qrupun tərkibində keçib. İdmançımız 9-cu yerdə qərarlaşıb (04:06:58).

Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə