"Finişə yaxınlaşdıqca çətin rəqabət aparmalı oldum" - Cristian Raileanu

"Finişə yaxınlaşdıqca çətin rəqabət aparmalı oldum" - Cristian Raileanu

"Bugünkü mərhələdə III yerin sahibi oldum. Bu nəticə hələlik həlledici deyil". Bu sözləri SİA-ya açıqlamasında "Əziz Şuşa" beynəlxalq velosiped yarışında I mərhələnin üçüncüsü Cristian Raileanu deyib.

O bildirib ki, yenə də istənilən yarışda qalib gəlmək önəmlidir: "Yarışın əvvəlində güclü külək var idi. Sonra finişə yaxınlaşdıqca ruminyalı yarışçı ilə çətin rəqabət aparmalı oldum. Finişə az qalmış məni ötdülər və nəticədə üçüncü yerə çıxdım. Üçüncü yer də gözəl nəticədir. Amma çalışacam ki, Şuşada birinciliyi əldə edim".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə