Azərbaycan Voleybol Federasiyasının prezidenti Gəncə SOS Uşaq evində olub - FOTOLAR

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov və türk mütəxəssis Şahin Çatma Gəncəyə səfər ediblər. SİA xəbər verir ki, federasiyanın yeniyetmə və gənc voleybolçuların müəyyənləşdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər çərçivəsində baş tutan səfər zamanı qonaqlar Gəncə SOS Uşaq evində olublar. Onlar burada idmanla məşğul olmaq üçün yaradılmış şəraitlə maraqlanıb, voleybola həvəsi olan uşaqlarla söhbət ediblər. Həmçinin türk mütəxəssisin müəyyən etdiyi meyarlara uyğun gələn uşaqların qeydiyyatı aparılıb.

Sonda sığınacaqda yaşayan uşaqlara voleybol topları hədiyyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə