Şeydayev "Qarabağ"la vidalaşdı

Azərbaycan millisinin üzvü Ramil Şeydayev "Qarabağ" klubu ilə vidalaşıb. SİA xəbər verir ki, bu barədə o, "Instagram" hesabında yazıb.

27 yaşlı hücumçu keçmiş komandasına təşəkkür edib.

"Belə ailənin üzvü olduğum üçün xoşbəxt idim. Yaxşı, çətin dönəmlərdə mənə və komandaya dəstək göstərən hər kəsə minnətdaram. Sizə hər məqama görə çox sağ olun deyirəm, sizin üçün çox darıxacağam", - o qeyd edib.

Ramil Şeydayev 2017/2018 mövsümündə və 2021-ci ildən "Qarabağ"da oynayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə