PSJ-də son oyununu keçirən Lionel Messi klubla vidalaşıb. SİA xəbər verir ki, argentinalı forvard Fransa Liqasının 38-ci turunda "Klermon"la keçirilən oyundan (2:3) sonra klubun rəsmi saytına açıqlama verib:

“Bu iki il üçün kluba, Parisə və onun insanlarına təşəkkür edirəm. Sizə uğurlar arzulayıram”, - Messi bildirib.

Qeyd edək ki, Messi 2021-ci ildə "Barselona"dan ayrılaraq PSJ-yə keçib. Onun yenidən Kataloniya klubuna qayıdacağı xəbərləri yayılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə