“Mançester Siti” İngiltərə kubokunun qalibi olub

İyunun 3-də futbol üzrə İngiltərə kubokunun (FA Cup) qalibi müəyyənləşib.

SİA-nın əldə etdiyi məlumata görə, finalda Mançester şəhərinin iki təmsilçisi – “Mançester Siti” ilə “Mançester Yunayted” klubları üz-üzə gəliblər.

Görüş Pep Quardiolanın yetirmələrinin xeyrinə başa çatıb - 2:1. Oyunda qolları İlkay Gündoğan (2, “Mançester Siti”) və Bruno Fernandeş (“Mançester Yunayted”) vurublar.

Bütün xəbərlər Facebook səhifəmizdə