"Lester Siti"nin cari mövsüm Premyer Liqanı tərk etməsindən sonra Çağlar Söyüncü komandadan ayrılmaq qərarı verib.
SİA-nın əldə etdiyi məlumata görə, "Atletiko"nun baş məşqçisi Dieqo Simeone Türkiyə millisinin üzvünün transferini rəsmən açıqlayıb. Madrid klubunun çalışdırıcısı İspaniya radiolarından birinə danışıb:
"Çağlar ilə çoxdan müqavilə bağlamışıq. Yeni mövsümdə bizə yardım edəcək. Nəyə ehtiyacımızın olduğunu bilirik".
Qeyd edək ki, Çağlar cari mövsüm "tülkülər"in heyətində 7 oyun keçirib, 1 qol vurub. Futbolçunun klubla sözləşməsinin müddəti cari mövsümün sonunda başa çatırdı.
Bütün xəbərlər Facebook səhifəmizdə