Taekvondo üzrə dünya çempionatında altıncı günün püşkü atılıb

Taekvondo üzrə dünya çempionatında altıncı günün püşkü atılıb

Bakıda keçirilən taekvondo üzrə dünya çempionatında altıncı gününün püşkü atılıb.

SİA-nın məlumatına görə, iyunun 3-də Azərbaycan millisinin daha 2 idmançısı mübarizəyə qoşulacaq.

62 kq-da rinqə çıxacaq Fatimə Məcidova mundailda debüt görüşünə 1/16 finaldan başlayacaq. O, ilk döyüşünü Kristina Kaspa (İtaliya) - Kiem Bak Ti (Vyetnam) cütünün qalibinə qarşı keçirəcək.

74 kq çəkidə qüvvəsini sınayacaq Eltac Qafarovun rəqibi 1/32 final qarşılaşmasının nəticəsinə əsasən bəlli olacaq. Təmsilçimiz 1/16 finalda Vasilliy Peruniçiç (Çernoqoriya) - Çarlill Mersyer (Kanada) cütünün güclüsü ilə münasibətinə aydınlıq gətirəcək.

Qeyd edək ki, dünya çempionatı iyunun 4-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə