Luçano Spaletti mövsümün ən yaxşı baş məşqçisi olub

İtaliya A seriyasında 2022/2023 mövsümünün ən yaxşı baş məşqçisi müəyyənləşib.

SİA-nın əldə etdiyi məlumata görə, bu ada "Napoli"nin çalışdırıcısı Luçano Spaletti layiq görülüb. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Luçano Spaletti mövsümün əvvəlində "Napoli"nin baş məqçisi təyin olunub. 64 yaşlı mütəxəssis Neapol təmsilçisini 33 illik fasilədən sonra İtaliya çempionu edib.

Bütün xəbərlər Facebook səhifəmizdə