“Sevilya” məğlub durumda - YENİLƏNİR

Bu gün Avropa Liqasının qalibi müəyyənləşəcək.

SİA-nın əldə etdiyi məlumata görə, turnirin finalında İtaliyanın “Roma” və İspaniyanın “Sevilya” komandaları üz-üzə gələcəklər.

Tərəflər münasibətlərinə Macarıstanın paytaxtı Budapeşt şəhərindəki “Puşkaş Arena”da aydınlıq gətirəcəklər.

Həlledici oyunu İngilətərədən olan Entoni Teylor idarə edəcək.

“Roma” tarixində ikinci dəfə Avroliqanın finalında oynayacaq. Sözügedən komanda 1991-ci ildə bu turnirin finalında İtaliyanın digər təmsilçisi “İnter”lə mübarizədən məğlub ayrılıb.

“Sevilya” isə indiyə qədər qatıldığı final görüşlərinin hamısında (2006, 2007, 2014, 2015, 2016, 2020) qalib gələn tərəf olub.

Avropa Liqası
Final
31 may

"Sevilya" – "Roma" - 0:1
Dibala, 35
Budapeşt. “Puşkaş Arena”. Baş hakim: Entoni Teylor (İngiltərə)

“Sevilya”: Bono, Telles, Qudel, Bade, Navas, Rakitiç, Fernando, Xil, Torres, Okampos, En-Nesiri
Ehtiyat oyunçular: Dmitroviç, Flores, Montiel, Rekik, Suso, Jordan, Rafa Mir, Nyanzu, Lamela, Markao, Qomes, Bueno

“Roma”: Patrisio, Smollinq, Mançini, İbanez, Çelik, Matiç, Kristante, Spinazzola, Dibala, Abraham, Pelleqrini
Ehtiyat oyunçular: Boer, Svilar, Karsdorp, Belotti, Llorente, Kamara, Viynaldum, Bove, Zalevski, Volpato, Tahirovic, El Şaaravi

Bütün xəbərlər Facebook səhifəmizdə