Daha iki taekvondoçumuz mübarizəni dayandırıb

Daha iki taekvondoçumuz mübarizəni dayandırıb

Azərbaycanın daha iki taekvondoçusu Bakıdakı dünya çempionatında mübarizəni dayandırıb. SİA xəbər verir ki, 58 kq çəki dərəcəsində çıxış edən Qaşım Maqomedov 1/32 final mərhələsində Kay Çenqə (Çin) uduzub.

Qadınların yarışında 67 kq-dakı Fəridə Əzizova 1/16 finalda Kristina Teaçota (ABŞ) məğlub olub.

Qeyd edək ki, ilk gündə Cavad Ağayev (68 kq) medal qazana bilməyib. Turnir iyunun 4-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə