Taekvondo üzrə dünya çempionatına baş məşqçilərin BAXIŞI

Taekvondo üzrə dünya çempionatına baş məşqçilərin BAXIŞI

Bu gün Bakıda taekvondo üzrə dünya çempionatının açılışı keçirilir. İdmançılarımız arasında hazırlıqlar davam edir. SİA yarışla bağlı baş məşqçilər arasında sorğu keçirib.

Kişilərdən ibarət yığma komandanın böyük məşqçisi Elnur Amanov: "Bu gün taekvondo üzrə dünya çempionatının ilk günüdür. Əslində, bu gün çıxış edən idmançımızdan da yaxşı nəticə gözləyirdik. Amma bu idmandır, təbii ki alınmaya bilər. Cavad Ağayev döyüşün bitməsinə beş saniyə qalmış qalibiyyəti əldən verdi. Hələki yarışlar 6 gün davam edəcək. Ümid edirik ki, növbəti günlərdə istər kişi, istərsə qadın idmançılarımız yaxşı nəticələr əldə edəcək. Əlbəttə ki, qələbəyə ümidimiz var. Çünki yanvar ayından bir neçə beynəlxalq turnirdə iştirak etmişik. İdmançılarımızı yoxlamışıq və burada iştirak edənlər də ən yaxşı idmançılarımızdır".

Qadınlardan ibarət millimizin baş məşqçisi Sona Pak: "Biz uzun zamandır ki, Taekvondo üzrə dünya çempionatına hazırlaşırıq. Çempionatda 5 qadın idmançımız ölkəmizi təmsil edəcək. Bizim qadınlardan ibarət millimizin taekvondo üzrə bir sıra qalibiyyətləri var. Qızlarımıza çox inanıram. Ümid edirəm ki, qələbə ilə ölkəmizi və bütün teakvondo sevərləri sevindirəcəyik".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə