"Bavariya" Bundesliqanın qalibi oldu

Almaniya Bundesliqasında 2022/2023 mövsümünün qalibi müəyyənləşib.

SİA Qol.az-a istinadən xəbər verir ki, çempion son turun oyunlarından sonra dəqiqləşib. Bu, "Bavariya"dır. Münhen təmsilçisi 34-cü turda "Köln"ə 2:1 hesabı ilə qalib gəlib. Son tura qədər 1-ci pillədə olan Dortmund "Borussiya"sı isə evdə "Maynts"la görüşdə komandanı çempionluqdan edən xal itirib - 2:2. Bu nəticələrdən sonra "Bavariya" və "Borussiya" 71 xal toplayıb. Ancaq Tomas Tuhelin komandası vurulan və buraxılan qol fərqinə görə 1-ci yeri tutub.

Bununla da, "Bavariya" ardıcıl 11-ci, ümumilikdə 33-cü dəfə ölkə çempionu olub.

Qeyd edək ki, "Borussiya" 2-ci, "Leyptsiq" 3-cü yerə çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə