Bu ölkədə bütün matçlar təxirə salındı

El Salvador çempionatının pley-off mərhələsinin “Alyans” - FAS matçında faciə yaşanıb.
Bu ölkədə bütün matçlar təxirə salındı

SİA TRT spor-a istinadən xəbər verir ki, “Kuskatlan” stadionunda baş tutan oyunda tribunalarda olan izdiham nəticəsində 12 nəfər həyatını itirib. Hadisə ilə bağlı iistintaq başladılıb.

İlkin araşdırmalara görə, izdiham çox sayda azarkeşin stadiona saxta bilətlə girməsi və bileti olan fanatların turnikedləri aşaraq arenaya daxil olması nəticəsində yaranıb.

Ölkə prezidenti Nayib Bukele açıqlamasında hadisə ilə bağlı detallı araşdırma aparılmasına dair təlimat verdiyini bildirib.

Faciə ilə əlaqədar 0:0 hesabı ilə davam edən qarşılaşma yarımçıq saxlanılıb. Ölkədə bütün futbol matçları təxirə salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə