Ümumrespublika Şahmat Turnirinin final mərhələsi keçirilib - YENİLƏNİB - FOTOLAR

Ümumrespublika Şahmat Turnirinin final mərhələsi keçirilib - YENİLƏNİB - FOTOLAR

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya və sosial müavinət alan şəxslər arasında təşkil olunan Ümumrespublika Şahmat Turnirinin final mərhələsi keçirilib. SİA xəbər verir ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə sosial müdafiə sisteminin qurulması və gücləndirilməsi istiqamətində xidmətlərini diqqətə çatdırıb. Nazir müavini Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq son illər ölkəmizdə aparılan geniş miqyaslı sosial islahatların nailiyyətlərini qeyd edib.

Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Ümumrespublika Şahmat Turnirinin əhəmiyyəti vurğulanıb, həvəskar şahmatçıların bu kütləvi tədbirə böyük maraqla qoşulduğu, yarışda DSMF-nin 1500-ə yaxın benefisiarının iştirak etdiyi bildirilib.

Final mərhələsində I yeri İlqar Şiriyev, II yeri Yaşar Məmmədov, III yeri isə Eldar Məmmədov qazanıb. Qaliblərə diplom və mükafatlar təqdim edilib.

Turnirin ən yaşlı qadın iştirakçısı 72 yaşlı Zərifə Dürüstkari və ən yaşlı kişi iştirakçısı 91 yaşlı Bəbir Hüseynov təşəkkürnamə ilə təltif olunub.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə