“Qarabağ” oyunlarını bu məkanda keçirəcək

“Qarabağ” oyunlarını bu məkanda keçirəcək

Azərbaycan çempionu “Qarabağ”ın yeni sezon üçün avrokubokların ilk iki təsnifat mərhələsini hansı stadionda keçirəcəyi bəlli olub. SİA xəbər verir ki, Ağdam təmsilçisi çempionat görüşlərini keçirdiyi “Azərsun Arena”da rəqiblərini qəbul edəcək.

Buna səbəb isə "Sabah" və "Beşiktaş" klubları arasında keçirilən xeyriyyə matçından (3:3) sonra Tofiq Bəhramov adına Respublika stadionunun qazonunda planlı təmir işləri aparılmasıdır.

"Qarabağ" ilk dəfə 5000 tamaşaçı tutumuna malik “Azərsun Arena”da avrokubok oyunu keçirmiş olacaq. İyulun sonuna kimi isə Tofiq Bəhramov adına Respublika stadionunun oyunlara hazır olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə