Gürcüstan azərbaycanlıları da Ulu Öndəri unutmadı - FOTOLAR

Gürcüstan azərbaycanlıları da Ulu Öndəri unutmadı - FOTOLAR

Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ölkə hüdudlarından kənarda da qeyd olunub. SİA xəbər verir ki, Gürcüstanın Qardabani rayonunda yaşayan azərbaycanlılar Ulu Öndərin doğum günündə onun Rustavi şəhərində adını daşıyan parkda abidəsini ziyarət edib, gül düzüblər.

Qardabani sakini Elman Xəlilov Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən söz açaraq bildirib ki, o, təkcə Azərbaycan vətəndaşlarının deyil, dünyanın başqa ölkələrində yaşayan bütün soydaşlarımızın sevgisini qazanan lider olub.

Daha sonra Qardabani rayonunda Heydər Əliyevin 100 illiyi münasibətilə at yarışı təşkil edilib. Bütün bu tədbirlərin təşkilatçısı olan Qardabani sakini Şakir Mustafayev bununla Ümummilli Liderə öz ehtiramlarını ifadə etdiklərini deyib. O, bildirib ki, Heydər Əliyev tarixi şəxsiyyət kimi yeni nəsil üçün də tanıdılmaldır: “Biz Gürcüstan vətəndaşıyıq. Ancaq Heydər Əliyev Ümummilli lider kimi, dünyadakı azərbaycanlıların, hamının lideridir”.

Bütün xəbərlər Facebook səhifəmizdə