"Sərhədçi" İdman Mərkəzində, Azərbaycan Basketbol Liqasının (ABL) pley-off mərhələsində "AAAF Xırdalan" və "Sabah" komandaları arasında yarımfinal seriyasının ikinci oyunu keçirilib. SİA xəbər verir ki, gərgin mübarizə şəraitində davam edən oyunun yekununda "Sabah” basketbolçuları 83-77 hesablı qələbəyə seviniblər.
Bu qələbə ilə "Sabah" yarımfinal seriyasını 2-0 hesabı ilə qazanaraq finala vəsiqəni təmin edib. Ən məhsuldar basketbolçular: "AAAF Xırdalan BK" (Deymon Makdouel - 34 xal, 4 ribaund), "Sabah BK" (Entoni Patti - 25 xal, 7 ribaund).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB