“Real Madrid” 20-ci dəfə İspaniya Kral Kubokunu qazanıb. SİA xəbər verir ki, Madrid klubu turnirin həlledici oyununda “Osasuna”ya qalib gəlib. Sevilyadakı "Olimpiko de Sevilya-La Kartuxa" stadionunda keçirilən görüş "Real Madrid"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qaliblərin heyətində Rodriqo dubla imza atıb. “Osasuna”nın yeganə qolunu Lukas Torro vurub.
“Real Madrid” üçün bu qələbə İspaniya Kubokunda 20-ci olub. Turnirdə qazanılan kubokların sayına görə Madrid üçüncü yerdədir.
Qeyd edək ki, Madrid klubu 2014-cü ildən sonra ilk dəfə ölkə Kubokunu qazanıb.
Turnirdə qələbələrin sayına görə rekordçu 31 kubok qazanan “Barselona”dır. Siyahıda ikinci yerdə 23 qələbəsi olan “Atletik Bilbao” qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB