Bakıda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirinə yekun vurulub.
SİA-nın əldə etdiyi məlumata görə, bu gün həlledici oyunlar keçirilib.
Əvvəlcə Azərbaycan millisi üçüncü yer uğrunda oyunda Qazaxıstan yığmasıyla qarşılaşıb. Əsas vaxtı 2:2 hesabıyla başa çatan matçın taleyini penalti zərbələri həll edib. “Lotoreya”da daha dəqiq olan qazaxlar bürünc medallara sahib çıxıblar.
Final matçında isə Serbiya və Çexiya yığmaları üz-üzə gəliblər. Rəqibini 4:3 hesabıyla məğlub edən Çexiya millisi çempion olub. Serblər gümüş medallarla kifayətləniblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB