Azərbaycanlı idmançı Kaliforniyada qızıl medal qazanıb

Azərbaycanlı idmançı Kaliforniyada qızıl medal qazanıb

Amerika Birləşmiş Ştatlarında (ABŞ) “Legasy Judo Tournament” adlı turnir keçirilib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyindən bildirilib ki, Kaliforniya ştatının Santa Klara şəhərində reallaşan yarışda Amerikada yaşayan həmyerlimiz Oğuzxan Quliyev də iştirak edib. O, d10-12 yaşlı oğlanlar arasında 38 kiloqramdan aşağı çəki dərəcəsi üzrə Azərbaycanı təmsil edib. İdmançımız ilk görüşündə Cənubi Koreya təmsilçisi Hajoon Lee, ardınca isə ABŞ-dən olan rəqibi Asher Hiat üzərində qələbə qazanaraq qızıl medala layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə