“Sabah”ın yarımmüdafiəçisi karyerasını Polşada davam etdirə bilər

“Sabah”ın yarımmüdafiəçisi karyerasını Polşada davam etdirə bilər

Bakının “Sabah” klubunun yarımmüdafiəçisi Elvin Camalov karyerasını ölkə xaricində davam etdirə bilər. SİA xəbər verir ki, millimizin də üzvü olan futbolçu Polşanın “Poqon” klubunun maraq dairəsinə düşüb. Polşanın güclülər dəstəsində çıxış edən komanda mövsümün sonunda futbolçunun transferi ilə bağlı “Sabah”la danışıqlara başlamaq fikrindədir.

Qeyd edək ki, E.Camalovun “Sabah”la 2024-cü ilin yayınadək müqaviləsi var.

Bütün xəbərlər Facebook səhifəmizdə