Çərşənbə axşamı, martın 28-də Beynəlxalq Olimpiya Komitəsi (BOK) idman federasiyalarına Rusiya və Belarus idmançılarına beynəlxalq yarışlarda yalnız neytral idmançı kimi iştirak etməyə icazə verməyi tövsiyə etmək qərarına gəlib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə BOK-un prezidenti Tomas Bax İcraiyyə Komitəsinin iclasından sonra keçirilən mətbuat konfransında danışıb.
Beləliklə, Baxın sözlərinə görə, beynəlxalq yarışlarda iştirak etmək istəyən idmançılar üçün bir sıra şərtlər qoyulacaq:
-Rusiya və Belarus silahlı qüvvələri ilə heç bir əlaqənin olmaması;
-milli təhlükəsizlik orqanları ilə əlaqənin olmaması;
-bütün antidopinq tövsiyələrinə tam uyğunluq.
Eyni zamanda, idman federasiyaları rusların və belarusların qəbulu ilə bağlı yalnız bir şərtlə qərar verməlidir ki, bu qərar istənilən vaxt geri götürülə bilsin.
Bundan əlavə beynəlxalq yarışlarda iştiraka icazə verilmiş Rusiya və Belarus idmançıları Fərdi Neytral Atletlər abbreviaturası altında ağ və ya düz formada yarışacaqlar. Belə idmançılar medal sıralamasında iştirak edə bilməyəcəklər, çünki onların iştirakı yalnız fərdi statusda təmin edilir.
Bu idmançıların mərasimləri üçün yarışda təşkilatçı idman federasiyası ilə razılaşdırılmış xüsusi himn və ya mahnıdan istifadə olunacaq. Yarış bayrağı və ya digər tamamilə neytral bayraq da istifadə olunacaq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə