"Azərbaycanla oyunda qalib gəlməliyik" - Emil Forsberq

"Azərbaycanla oyunda qalib gəlməliyik" - Emil Forsberq

"İki gün sonra növbəti oyunumuzu keçirəcəyik. Bu matçda qalib gəlməliyik". SİA-nın məlumatına görə, bunu İsveç millisinin futbolçusu Emil Forsberq evdə Belçikaya 0:3 hesabı ilə uduzduqları AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra yerli mətbuata açıqlamasında deyib.

Almaniya "Leyptsiq"ində çıxış edən 32 yaşlı hücumameylli yarımmüdafiəçi bildirib ki, Azərbaycanla görüşdə nəyi təkmilləşdirməli olduqlarını daha yaxşı görəcəklər: "Müəyyən vəziyyətlərdə bir az daha aqressiv və cəsarətli olmalıyıq. Bunu etsək, düşünürəm ki, Azərbaycana qalib gəlmək şansımız yüksəkdir".

Qeyd edək ki, İsveç - Azərbaycan oyunu martın 27-də Solnadakı "Frends Arena"da keçiriləcək

Bütün xəbərlər Facebook səhifəmizdə