30 yaşlı yarımmüdafiəçi 10-cu qolunu vurub

30 yaşlı yarımmüdafiəçi 10-cu qolunu vurub

Emin Mahmudov Azərbaycan millisində 10-cu qolunu vurub. SİA xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi Avstriyaya qarşı AVRO-2024-cün seçmə mərhələ matçında fərqlənib. O, 65-ci dəqiqədə topu rəqib qapısından keçirib.

Emin 10 qolla millinin bombardirləri siyahısında 2-ci pillənin tək sahibi olub. Daha əvvəl o, 9 topla Vaqif Cavadov və Ramil Şeydayevlə birgə 2-4-cü yerləri bölüşdürürdü.

Millinin bombardiri 14 qolla Qurban Qurbanovdur.

Azərbaycan millisi səfərdə Avstriyaya 1:4 uduzub.

Bütün xəbərlər Facebook səhifəmizdə