“Pedrinin sağlamlığını riskə atmaq lazım deyil”

Bu arada “Barselona"”nın baş məşqçisi Xavi yarımmüdafiəçi Pedrinin İspaniya çempionatının 26-cı turunun “Real Madrid”lə oyununda niyə meydana çıxmayacağının səbəbini açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, Xavi yarımmüdafiəçinin məşq zamanı zədələndiyini və sabahkı oyuna 100 faiz hazır olmadığını bildirib.

“...Pedrisiz oynayacağımız elə də yaxşı hal olmasa da, amma onun sağlamlığını riskə atmaq lazım deyil”- deyə “Marca” Xavinin sözlərindən sitat gətirib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə