1/4 finala yüksələn növbəti komanda bəlli olub - Konfrans Liqası

1/4 finala yüksələn növbəti komanda bəlli olub - Konfrans Liqası

UEFA Konfrans Liqasında 1/4 final mərhələsinə yüksələn növbəti komanda bəlli olub. SİA-nın məlumatına görə, 1/8 finalın cavab oyununda Slovakiyada "Slovan"a qalib gələn İsveçrə "Bazel"i adını növbəti raunda yazdırıb.

Görüşün əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. İlk matçda da eyni hesab qeydə alındığı üçün əlavə vaxt oynanılıb. Burada da tarazlıq pozulmadığından penaltilər seriyasına keçilib. 11 metrlik cərimə zərbələrini daha dəqiq (4:1) yerinə yetirən qonaqlar mərhələ adlayıblar.

Qeyd edək ki, daha əvvəl Belçikanın "Gent", İtaliyanın "Fiorentina" və Polşanın "Lex" komandaları 1/4 finala vəsiqə qazanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə