“Fiorentina” “Sivasspor”u məğlub etdi, “Başakşehir” “Gent”lə bacarmadı

“Fiorentina” “Sivasspor”u məğlub etdi, “Başakşehir” “Gent”lə bacarmadı

UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin ilk matçlarına yekun vurulub. SİA-nın məlumatına görə, günün ikinci seansında daha 4 qarşılaşma keçirilib.

Pley-off mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran “Gent” Belçikada Türkiyə “Başakşehir”i ilə münasibətlərinə aydınlıq gətirib. Matçda qalib müəyyənləşməyib - 1:1. “Başakşehir”dən Stefano Okakaya qarşı tərəfdən Gift Emmanuel Orban cavab verib.

Türkiyənin turnirdəki digər təmsilçisi “Sivasspor” “Fiorentina”nın qonağı olub. Qarşılaşma İtaliya klubunun minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 69-cu dəqiqədə Antonin Barak vurub.

Digər oyunlarda İsveçrənin “Bazel” klubu Slovakiya “Slovan”ı (Bratislava) ilə 2:2 hesablı heç-heçəyə razılaşıb, Polşa “Lex”i isə öz meydanında İsveç təmsilçisi “Yurqorden”ə qalib gəlib - 2:0.

Bu raundun cavab matçları martın 16-da olacaq.

UEFA Konfrans Liqası

1/8 final, ilk oyunlar

9 mart

00:00. “Gent” (Belçika) - “Başakşehir” (Türkiyə) - 1:1

Qollar: G.Orban, 35 - S.Okaka, 16

00:00. "Fiorentina" (İtaliya) - "Sivasspor" (Türkiyə) – 1:0

Qol: A.Barak, 69

00:00. "Lex" (Polşa) - "Yurqorden" (İsveç) - 2:0

Qollar: A.Miliç, 39, F.Marçvinski, 82

00:00. "Bazel" (İsveçrə) - "Slovan" (Slovakiya) – 2:2

Qollar: Z.Amduni, 6, A.Zekiri, 40 – J.Medvedev, 17, M.Abubakari, 70

Bütün xəbərlər Facebook səhifəmizdə