Hakan Çalhanoğludan iddialı açıqlama

Hakan Çalhanoğludan iddialı açıqlama

"İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlu mövqeyində özünü Avropanın ən yaxşı futbolçularından biri hesab edir.

SİA-nın əldə etdiyi məlumata görə,Türkiyə millisinin üzvü deyib:

“De Brüyne, Modriç, Pedri, Kasemiro kimi futbolçulardan geri qalmıram... Mən mövqeyimdə özümü Avropanın ilk beşliyində görürəm. Bəzən İngiltərə Premyer Liqasında oynayan bəzi oyunçular diqqəti daha çox cəlb edir”.

Qeyd edək ki, Hakan Çalhanoğlu "İnter"də bu mövsüm 32 oyuna çıxıb, 3 qol vurub, 6 qolun ötürməsini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə