Bu gün Azərbaycanın futzal millisi DÇ-2024-ün əsas mərhələsində növbəti oyununu keçirəcək.
SİA Qol.az-a istinadən xəbər verir ki, yığmamız Yunanıstanı qəbul edəcək. Qarşılaşma Bakı İdman Sarayında olacaq. Oyun saat 20:00-da start götürəcək. Görüşü Eduardu Koelyunun başçılıq etdiyi portuqaliyalı hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, 6-cı qrupda mübarizə aparan Azərbaycan millisi 6 xalla liderdir. 7 oyun keçirmiş Polşa eyni xala malikdir. Millimiz qrupdakı sonuncu matçında martın 7-də Polşanın qonağı olacaq.
DÇ-2024, əsas mərhələ
20:00. Azərbaycan - Yunanıstan - 1:0 (Birinci hissə)
Qol: Eduardo, 3 (1:0)
Baş hakim: Eduardu Koelyu (Portuqaliya)
Bakı İdman Sarayı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB