"Real Madrid" və "Barselona" arasında İspaniya Kubokunun yarımfinal mərhələsinin ilk oyunu başa çatıb. SİA xəbər verir ki, Madriddəki "Santyaqo Bernabeu" stadionunda keçirilən görüş Kataloniya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qarşılaşmanın 26-cı dəqiqədə "Real Madrid"in müdafiəçisi Yader Militao topu öz qapısına göndərib.
Bu komandalar arasında cavab oyunu aprelin 5-də Barselonadakı “Camp Nou” stadionunda keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB