Britaniyalı milyarder "Mançester Yunayted"in səhmlərini almaq üçün təklifini irəli sürüb
Britaniyalı milyarder Cim Retkliff "Mançester Yunayted"in səhmlərini almaq üçün öz təklifini irəli sürüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, 70 yaşlı iş adamı klubu almaqda ona kömək etməyə hazır olan iki ən böyük investisiya bankı "JPMorgan" və "Goldman Sachs"dan dəstək istəyib.
Qeyd edək ki, Cim Rekliff Britaniyanın ən zəngin adamı və INEOS neft şirkətinin sahibidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB