Qətər millisində yeni baş məşqçi

Portuqaliyalı məşqçi Karlos Keyruşun yeni iş yeri bəlli olub.

SİA-nın əldə etdiyi məlumata görə, o, Qətər millisinin baş məşqçisi təyin edilib. Bu barədə Qətər Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, son olaraq İran millisini çalışdıran 70 yaşlı mütəxəssis daha əvvəl Portuqaliya, CAR, Kolumbiya və Misir millilərinin də baş məşqçisi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə