İtaliyanın “Benevento” klubunun baş məşqçisi Fabio Kannavaro istefaya göndərilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə B seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. O, komandanın uğursuz çıxışlarına görə komandadan göndərilib.

Qeyd edək ki, “Benevento” 23 oyundan sonra turnir cədvəlinin 19-cu pilləsində qərarlaşır. Kannavaro 2022-ci ilin sentyabrında "Benevento"ya baş məşqçi təyin edilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə