Cüdoçularımız Parisdə güclərini sınayacaqlar

Fevralın 4-5-də Parisdə cüdo üzrə “Böyük dəbilqə” turniri keçiriləcək. İki gün davam edəcək turnirdə dünyanın 85 ölkəsindən 535 idmançı iştirak edəcək. SİA xəbər verir ki, Azərbaycan milli komandası yarışda 7 çəki dərəsində 9 cüdoçu ilə təmsil olunacaq.

Cüdoçularımız mötəbər yarışda performans direktoru Mark van der Ham, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman və böyük məşqçi Elçin İsmayılovun rəhbərliyi altında çıxış edəcəklər. Medallar uğrunda Balabəy Ağayev (60 kq), Yaşar Nəcəfov (66 kq), Nurlan Osmanov (73 kq), Elcan Hacıyev, Zelim Tçkayev (hər ikisi 81 kq), Murad Fətiyev (90 kq), Zelim Kotsoyev (100 kq) və Uşanqi Kokauri və Camal Qamzatxanov (hər ikisi 100 kq-dan yuxarı) mübarizə aparacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə