Haaland üçün məbləğ...1 milyard avro

Haaland üçün məbləğ...1 milyard avro

Dünyaca məşhur futbol meneceri Rafaela Pimenta maraqlı açıqlaması ilə diqqət çəkib.

SİA-nın əldə etdiyi məlumata görə, İspaniyanın AS qəzetinə müsahibə verən Pimenta Erlinq Haalandla bağlı danışarkən onun qiyməti barədə səsləndirdiyi fikirlər mətbuatın gündəminə çevrilib.

O bildirib ki, hazırda "Mançester Siti"nin norveçli forvardının qiymətinin 1 milyard avrodur. 22 yaşlı "vikinq"i transfer etmək istəyən klub bu qədər vəsaitindən keçməlidir.

Pimenta gənc hücumçunun qarşıdakı illərdə "Real"a keçə biləcəyini də iddia edib.

Bütün xəbərlər Facebook səhifəmizdə