Rusiyalı idmançılar beynəlxalq turnirlərdə iştirak edə bilər

Rusiyalı idmançılar beynəlxalq turnirlərdə iştirak edə bilər

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi rusiyalı idmançıların turnirlərdə neytral statusda iştirakına icazə verilməsi məsələsinə baxacaq. SİA xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda“ nəşri məlumat yayıb.

Bildirilib ki, turnirlərdə bütün rusiyalı idmançılar deyil, yalnız Ukraynadakı xüsusi hərbi əməliyyata dəstək verməyənlər buraxılacaq.

“Yalnız Olimpiya Xartiyasına əməl edən idmançılar beynəlxalq turnirlərdə iştirak edə biləcəklər”, - deyə BOK-un açıqlamasında bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə