"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Gent" bu gün Belçika çempionatında 22-ci tur oyununa çıxıb. SİA xəbər verir ki, komanda "Truiden"in qonağı olub və 3:0 hesabı ilə qalib gəlib.
"Truiden"- "Gent" - 0:3
Qollar:Salah, 34, Kuypers, 4, 55
Qırmızı vərəqə: Koita, 16 ("Truiden")
Bu nəticədən sonra "Gent" turnir cədvəlində 38 xalla 4-cü, "Truiden" isə 31 xalla 8-cidir.
Xatırladaq ki, "Qarabağ" Belçika təmsilçisinə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB