Səudiyyə Ərəbistanın daha bir klubu argentinalı ulduz Lionel Messini transfer etmək istəyir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə "Marca" məlumat yayıb. "Əl-İttihad" cari mövsümün sonu PSJ ilə müqaviləsinin müddəti başa çatacaq 35 yaşlı hücumçu ilə maraqlanır. Klubun argentinalı oyunçuya illik 350 milyon avro ödəməyə hazır olduğu bildirilib.
Qeyd edək ki, bundan əvvəl "Əl-Hilal"ın Messiyə illik 300 milyon avroluq təklif göndərdiyi yazılmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB