DÇ-2022-nin ikinci turunda keçirilən Polşa - Səudiyyə Ərəbistanı görüşünün ən yaxşı futbolçusu müəyyənləşib.

SİA-nın əldə etdiyi məlumata görə, bu, Polşa yığmasının hücumçusu Robert Levandovski olub. 34 yaşlı forvard matçın 82-ci dəqiqəsində fərqlənib. Bu, qol Levandovski üçün dünya çempionatında ilk olub.

Qeyd edək ki, sözügedən görüşdə Polşa Səudiyyə Ərəbistanına qalib gəlib - 2:0.

Bütün xəbərlər Facebook səhifəmizdə