DÇ-2022-nin 2-ci turunda Tunislə matç Avstraliya millisi üçün əlamətdar olub.

SİA-nın əldə etdiyi məlumata görə, sözügedən komanda rəqibinə 1:0 hesabı ilə qalib gəlib. Bu, Avstraliyanın mundiallarda 12 il sonra ilk qələbəsi olub. Yığma sonuncu dəfə DÇ-2010-un qrup mərhələsinin 3-cü turunda Serbiyanı üstələyib - 2:1.

Bundan sonra avstraliyalılar dünya çempionatlarının ardıcıl 7 görüşündə qalib gələ bilməyiblər. Komanda 6 dəfə məğlub olub və 1 dəfə heç-heçə edib.

Qeyd edək ki, Avstraliya millisi hazırda D qrupunda 3 xalla 2-cidir. Avstraliya turnirin qrup mərhələsində son oyununu noyabrın 30-u Danimarkaya qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə