Narkomaniya ilə mübarizədə ailənin rolu nədir?- - QURUM RƏSMİSİ AÇIQLADI

"Narkotik vasitələrin dövriyyəsi ilə bağlı Daxili İşlər orqanları əməliyyat kompleks tədbirlərlə yanaşı həm də narkotik vasitə aludəçilərini və narkotik vasitələrinin dövriyyəsində şübhəli bilinən şəxslərin cinayət işi və tədqiqat işindən gəlinən ümumi qənaətlər sırasında ortaya aydın bir mənzərə çıxır ki, hansısa narkotik aludəçisi ilk əvvəl passiv istifadəçisi olanda ən birinci halda onun valideynləri məlumatlı olurlar". Bu sözləri SİA-ya açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, bir çox hallarda narkotik vasitələrdən istifadə edən şəxslərin ailələri bu halları çox vaxt gizlədirlər: "Bu halda artıq həmin narkotik vasitələrdən istifadə edən şəxs artıq evdən oğurluq edir və ailəsindən də pul tələb etməyə başlayırlar. O zamanda ailə artıq həyəcan siqnalı verməyə başlayır ki, bu zaman polisə müraciət olunur. Ümumi görünən mənzərədən ortaya çıxır ki, narkotik vasitələrlə əlaqəli cinayətlər lokal xarakter daşıdığı üçün hər bir vətəndaş öz üzərinə düşəni etməlidir.

Nədən aslıdır bu? Daha çox bununla bağlı onun ailə üzvləri, yaxın qohumlarından kimsə narkotik istifadəçisidirsə və onun hərəkətlərində qeyri-adekvat halları müşaiət edilirsə, evə vaxtında gəlmirsə, əsəbidirsə, ailədə olan ümumi qayda və tələblərə riayət etmirsə, ümumən hərəkətlərində xoşagəlməz hərəkətlər müşayidə edilirsə bununla bağlı adiyyəti qurumlara məlumat etməlidir. Bu məlumatları verməklə ailə birinci növbədə yaxınının gələcəkdə narkotik vasitələrdən istifadəsinin qarşısını ala bilər. Və bütün bunları nəzərə alaraq ailə üzvləri və onun yaxınları düşünməsin ki, mənim övladım və ya yaxınım bu vasitələrdən istifadə etməz. Əgər bu hallar baş verərsə ailə tez bir zamanda adiyyəti qurumlara müraciət etməlidir".

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə