“Rəqib yarışa məndən daha tez başladığı üçün qızıl medalı əldən verdim” - Naci Oğuzhan Baydemir

“İlk dəfədir “Prezident Kuboku” reqatasında iştirak edirəm. Hava şəraiti bizim üçün bir qədər çətin keçsə də, yarış çox həyəcanlı və maraqlı idi”. SİA xəbər verir ki, bu sözləri “Prezident Kuboku 2024” beynəlxalq reqatasının ilk günündə 2006-2007-ci il təvəllüdlü idmançılar arasında 200 metr məsafəyə kayak yarışında gümüş medal qazanan Naci Oğuzhan Baydemir jurnalistlərə müsahibəsində deyib.

“Rəqib məndən daha tez başladığı üçün salisə fərqi ilə qızıl medalı əldən verdim. İkinci olduğum yarışda azərbaycanlı qardaşımız Amil Ramazanovu bürünc medal qazanmağı münasibətilə təbrik edirəm. Təbii ki, hədəfim 1000 metrlik mübarizədə birinci olmaqdır”,- deyə türkiyəli avarçəkən əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə