Premyer Liqada aprel ayının məşqçisi adına namizədlər müəyyənləşib

İngiltərə Premyer Liqasında ayın məşqçisi adına namizədlərin siyahısı açıqlanıb. SİA-nın Premyer Liqanın rəsmi saytına istinadən məlumatına görə, aprel ayı üçün siyahıya üç mütəxəssisin - Mikel Arteta (“Arsenal”), Şon Dayç (“Everton”) və Pep Qvardiolanın (“Mançester Siti”) adı salınıb.

Artetanın komandası son altı oyunda beş qələbə qazanıb, bir dəfə məğlub olub. “Everton”u çalışdıran Şon Days dörd qələbə, bir heç-heçə, eyni sayda məğlubiyyətlə yadda qalıb. “Mançester Siti” isə ispan mütəxəssisin rəhbərliyi altında keçirdiyi son beş matçın hamısında qələbə qazanıb.

Qeyd edək ki, adıçəkilən məşqçilərdən Arteta fevralda Premyer Liqanın ən yaxşı məşqçisi seçilib. Dayç və Qvardiola isə cari mövsüm bu mükafatı qazanmayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə