“Qalatasaray” ulduz futbolçunu satışa çıxardığını açıqlayıb

“Qalatasaray” klubu ulduz futbolçusunu mövsümün sonunda satmağı planlaşdırır. SİA xəbər verir ki, məlumata görə, Türkiyə nəhəngi Kerem Aktürkoğlu ilə yolları ayırmaq qərarına gəlib.

“Qalatasaray” rəsmiləri Kerem üçün 10 milyon avro təklif edən komandalarla danışıqlara başlayacaqlarını bildiriblər.

Qeyd edək ki, “Qalatasaray” klubu Kerem Aktürkoğlunu heç bir ödəniş etmədən heyətinə qatmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə