Ünvanlı dövlət sosial yardımının məbləği 9,5 faiz artıb - DSMF

Bu ilin aprel ayında orta hesabla bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının məbləği 9,5 faiz artıb. Bu barədə Dövlət Sosial Müdafiə Fondundan SİA-ya məlumat verilib.

Beləliklə, ötən ilin aprelində orta hesabla bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının məbləği 440,4 manat idisə, 2024-cü ilin müvafiq dövründə həmin məbləğ artaraq 482 manat təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə