Yeni yazılı daş kitabə və abidə kompleksi aşkar edilib

Yeni yazılı daş kitabə və abidə kompleksi aşkar edilib

Beynəlxalq Türk Akademiyası (BTA) və Monqolustan Elmlər Akademiyasının apardığı birgə arxeoloji qazıntılar zamanı Monqolustanın Nomqon vadisində ikinci Göytürk Dövlətinin qurucusu İltəriş Kutluq Xaqana (VII əsr) aid yeni yazılı daş kitabə və abidə kompleksi aşkar edilib. SİA xəbər verir ki, Türk dünyası üçün böyük əhəmiyyəti olan yazılı daş kitabə və abidə kompleksinin Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrdə təqdimatının keçirilməsi nəzərdə tutulur. 2022-ci il 26 sentyabr tarixində “2022-ci il Türk dünyasının Mədəniyyət Paytaxtı” Bursa şəhərində sözügedən yazılı daş kitabə və abidə kompleksinin təqdimatı keçirilib. Eyni zamanda, 2022-ci il 15 dekabr tarixində UNESCO-nun Baş qərargahında təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.

BTA-nın təşəbbüsü və Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı ilə 2022-ci il 04 oktyabr tarixində saat 10:00-da BDU-da İltəriş Kutluq Xaqana aid yeni yazılı daş kitabə və abidə kompleksinin təqdimatı keçiriləcək. Sizi təqdimat mərasiminə dəvət edirik.

Bütün xəbərlər Facebook səhifəmizdə