Uşaqlarda yaranan əsəb problemlərinin səbəbi nədir? - PSİXOLOQ ŞƏRH ETDİ
"Uşaqlarda əsəb problemlərinin səbəbləri müxtəlif ola bilər. Bu genetik və sonradan qazanılan ola bilər". Bu fikirləri SİA-ya açıqlamasında psixoloq Tahiba Quliyeva bildirib.
Onun sözlərinə görə, sonradan uşaqda yaranan əsəb pozuntusunun səbəblərindən biri ailə konfliktlərinin uşağın yanında və ya eşidəcəyi formada baş verməsidir: "Bu halda uşaqda aqressiya, əsəbilik halları, davranış problemləri qaçınılmazdır. Digər bir səbəb uşağa qarşı ailənin düzgün yanaşmaması, onunla qışqıraraq, aqressiv münasibəti, fiziki və psixoloji şiddətə məruz qalması, texnologiyadan qaynaqlanan əsəbilik hallarının olmasıdır.
Bunun üçün valideynlər uşaqla davranışlarında daha diqqətli olmalı, ailədə konfliktlər varsa uşağın yanında bunu əks etdirməməli, televizor, komputer, telefon və planşetlərdə baxdğı filmlərə, oyunlara, cizgi filmlərinə nəzarət etməlidirlər.
Bəzən şahidi oluruq uşaqla valideyn markete girende uşaq istədiyi hər şeyi almaq istəyir, lakin valideyn bunun mümkün olmadığını dedikdə, uşaq özünü atır yerə, ağlayır, qışqırır. Valideyn düşünür ki, uşaq əsəbidir və onun istədiyi hər şeyi etsin və uşaq əsəbləşməsin.Bu uşaqda əsəbilik deyil, davranış problemidir. Bu tip uşaqlar istədiyi hər şeyi isterik davranış göstərərək əldə etməyə çalışırlar. Lakin valideynlər bu davranışa düzgün yanaşma göstərsələr, bu hal uşaqda düzələcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB