Ağdamda yeni kənd kitabxanası istifadəyə verilib

Ağdam rayonunun Sarıcalı kəndində rayon icra hakimiyyətinin təşəbbüsü ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin Təhsil proqramı layihəsi əsasında tikilən kitabxananın açılışı olub. Açılış mərasimində Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Beynəlxalq Qızıl Xaç Komitəsinin Təhsil proqramı üzrə koordinatoru Karla Huver, təhsil işçiləri, kitabsevərlər və kənd sakinləri iştirak ediblər.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov tədbirdə çıxış edərək bilik mənbəyi olan kitabların cəmiyyətin tərəqqisinə, insanın mənəvi aləminə müsbət təsirindən danışıb, kitabxananın ərsəyə gəlməsində əməyi olan hər bir kəsə öz minnətdarlığını bildirib. Qeyd edib ki, kitabxana ərazidə yaşayan əhalinin maarifləndirilməsində mühüm rol oynayacaq.

Sonra tədbir iştirakçıları kitabxanada yaradılan şəraitlə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...